XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

06 İyul 2020 - 11:25

Ukraynada koronavirus: yoluxanların sayı 49 mini ötdü

Ukraynada son gündə aşkar edilən koronavirusa yoluxma hallarının sayı 543 vahid artaraq 49 043-ə çatıb, 13 nəfər virusdan ölüb.

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının aparatının koronavirusun yayılmasına dair monitorinq sistemi məlumat verib.

Ötən gün ərzində 327 nəfər olmaqla ümumilikdə 21 703 nəfər sağalıb.

“Ümumilikdə pandemiya zamanı 3 550 uşaq və 7 030 tibb işçisi xəstələnib. Son sutka ərzində göstərici 41 uşaq və 40 tibb işçisi olub”, – Ukraynanın Səhiyyə naziri bazar ertəsi keçirilən brifinqdə bildirib. (report)