XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

06 İyul 2020 - 14:28

Patriarx Kirill Aya Sofyanın statusu ilə bağlı xüsusi bəyanatla çıxış edib

Moskva və bütün Rusiyanın Patriarxı Kirill İstanbuldakı Aya Sofya məbədinin statusu ilə bağlı xüsusi bəyanatla çıxış edib.

Patriarx Kirill Türkiyə hakimiyyətini İstanbuldakı Aya Sofya məbədinin muzey statusunu saxlamağa çağırıb.

“Türkiyənin dövlət rəhbərliyinin mühakimə qabiliyyətinə ümid edirəm. Xristian mədəniyyətinin ən böyük şah əsərlərindən biri olan, dünyada milyonlarla xristian üçün məbəd simvolu olan Müqəddəs Sofyanın hazırkı, neytral statusunu qorunması Rusiya və Türkiyə xalqları arasında əlaqələri daha da inkişaf etdirəcək, dinlərarası sülh və harmoniyanı gücləndirəcək. Müqəddəs Sofya təhdidi, bütün xristian sivilizasiyası üçün təhdiddir. Bu isə mənəviyyatımıza və tariximizə təhdiddir. Bu günə qədər hər bir rus pravoslav insanı üçün Müqəddəs Sofya böyük bir xristian ziyarətgahıdır. Hər bir sivil dövlətin vəzifəsi tarazlığı qorumaqdır: cəmiyyətdəki ziddiyyətləri gərginləşdirmək yox, barışdırmaqdır, insanların ayrılmasına deyil, birləşməsinə yardım etməkdir”, – deyə Patriarx Kirillin bəyanatında bildirilib.

Qeyd edək ki, Türkiyə hökuməti VI əsrdə tikilən Aya Sofya məbədinin yenidən məscid kimi istifadə olunmasına qərar verib. (apa)