XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2020 - 16:12

İranda COVID-19:son sutkada 160 nəfər vəfat edib

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 160 nəfər vəfat edib.

Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 11 731 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 613 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 243 051 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 204 083 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 201 nəfərin vəziyyəti ağır və ya orta ağırdır. (apa)