XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

07 İyul 2020 - 10:31

Hindistan yoluxma sayına görə dünyada üçüncü yerə çıxdı –Statistika

Hindistanda son sutka ərzində 22,2 mindən çox koronavirusa yolxuma halı qeydə alınıb. Bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı  719 665 nəfərə çatıb.

Bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat verib.

Son məlumatlara görə, Hindistan Rusiyanı üstələyərək yoluxma sayına görə dünyada üçüncü yerə çıxıb. Dünyada ən çox yoluxma ABŞ-da qeydə alınıb – 2,93 milyon hal. 1,62 milyondan çox insanda koronavirusun aşkarlandığı Braziliya ikinci sıradadır.

Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 259 557 nəfər müalicə alır, 439 947 nəfər (son gündə 15 515 nəfər) sağalıb, 20 160 (467) nəfər ölüb/Report.