XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

07 İyul 2020 - 12:42

Roqozinin müşaviri saxlanıldı –Dövlətə xəyanət şübhəsi ilə

Moskvada Rusiya Federal Kosmik Agentliyinin (“Roskosmos”) rəhbərinin informasiya siyasəti üzrə müşaviri İvan Safronovu saxlanılıb.

Bu barədə TASS güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.

İ. Safronov Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Bildirilib ki, o, cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.

“Roskosmos”dan TASS-a verilən məlumata görə, İ. Safronovun saxlanılmasının onun hazırkı işi ilə əlaqəsi yoxdur. Qeyd olunub ki, İ. Safronovun barəsində Rusiya Cinayət Məcəlləsinin 275-ci (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır .

Qeyd edək ki, “Roskosmos”un baş direktoru Dmitri Roqozindir/APA.