XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 July 2020 - 19:33

ATƏT PA Belarusda prezident seçkilərinə müşahidəçi göndərməyəcək –Koronavirusa görə

ATƏT-in Parlament Assambleyası (PA) Belarusda keçiriləcək prezident seçkilərinə müşahidəçi göndərməyəcək.

TASS-ın verdiyi xəbərə görə, bu barədə Belarus parlamentinin Nümayəndələr Palatasının Beynəlxalq məsələlər üzrə daimi komissiyasının rəhbəri Andrey Savinıx bildirib.

Onun sözlərinə görə, buna yeni növ koronavirus (COVID-19) pandemiyası səbəb olub.

“ATƏT-in Parlament Assambleyasından Belarus tərəfinə bildirilib ki, onlar prezident seçkilərinə öz müşahidəçilərini göndərməyəcəklər. Bu, epidemioloji vəziyyətlə bağlıdır”, – deyə A. Savinıx vurğulayıb.

Qeyd edək ki, Belarusda prezident seçkiləri avqustun 9-da keçiriləcək/APA.