XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

07 İyul 2020 - 22:22

Efiopiyada iğtişaşlar:166 nəfər həyatını itirib

Efiopiyada populyar müğənni Haçal Hundessanın qətlindən sonra baş vermiş iğtişaşlarda 166 nəfərin öldüyü bildirilir. Bundan başqa, Paytaxt Əddis-Əbəbədə və müğənninin vətəni olan Oromiya bölgəsində polislə nümayişçilər arasında qanlı toqquşmalarda yüzlərlə insan yaralanıb. Onların arasında hüquq-mühafizə orqanlarının əməkdaşları da var.

Oromiya bölgəsinin polis idarəsi iğtişaşlarda 11 polis əməkdaşının həlak olduğunu bildirib. Hökumət nümayişlərin qarşısını almaq məqsədilə təhlükəsizlik tədbirlərini gücləndirib, etiraz dalğasının daha çox yayılmaması üçün ölkənin bəzi bölgələrində internetə girişləri bağlayıb.

Müğənni Hundessa oroma etnik qrupunun hüquqlarının müdafiəçisi kimi tanınırdı. Məhz onun fəaliyyəti 2018-ci ildə hökumətin istefasına səbəb olmuşdu(azərtac).