XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

07 İyul 2020 - 23:06

“Novavax” COVID-19 əleyhinə vaksin hazırlamaq üçün 1,6 milyard dollar alıb

Amerikanın “Novavax” əczaçılıq kompaniyası yeni növ koronavirusa qarşı vaksin hazırlamaq üçün ABŞ federal hökumətindən 1,6 milyard dollar alıb.

Bu barədə kompaniyanın press-relizində deyilir. Məlumata görə, həmin vəsait vaksinin klinik sınaqlarının başa çatdırılması, o cümlədən kütləvi istehsalı və 2020-ci ilin sonlarına qədər 100 milyon vaksin dozası tədarük etmək üçün ayrılıb.

“Novavax” əczaçılıq kompaniyası may ayında koronavirus əleyhinə hazırladığı vaksinin insanlar üzərində ilk klinik sınaqlarına başlayıb. Sınaqların ilkin nəticələri iyul ayının sonlarında məlum olacaq.

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu aşkarlayıb. Martın 11-də ÜST koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib(azərtac).