XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 July 2020 - 10:50

Ukraynada koronavirus:yoluxanların sayı 50 mini ötüb

Ukraynada son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 807 yoluxma halı qeydə alınıb, 23 nəfər vəfat edib.

Bu barədə bu gün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası aparatının koronavirusun yayılması üzrə monitorinq sistemi məlumat yayıb.

Bildirilib ki, Ukraynada indiyədək virusa yoluxanların sayı 50 414 nəfərə çatıb.

Ukraynada COVID-19-dan ölənlərin sayı isə 1 306 nəfərə yüksəlib.

Xəstəlikdən sağalanların sayı 23 119 nəfərdir. (apa)