XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 March 2015 - 11:46

Amerika Konqresi: Ukrayna silahlandırılsın!

“Artıq təkcə Ukraynanın suverenliyinə xələl dəymir”

Картинки по запросу джон бейнер

ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri, Ohayo ştatından republikaçı Con Beyner və Respublika və Demokratlar partiyasını təmsil edən bir qrup qanunverici Ağ Evi Rusiyanın bölgədə durumu gərginləşdimək cəhdlərinə qarşı tədbir kimi Ukraynaya letal silahlar qismində təcili hərbi yardım etməyə çağırıb.

Strateq.az xarici KİV-ə isnadən xəbər verir ki, onlar prezident Obamaya müraciətlərində bildiriblər: “Biz gözləməməliyik ki, rus ordusu və rus separatçıları Mariupolu və Xarkovu biz tədbir görməmişdən əvvəl işğal etsinlər”.

Həm respublikaçılar, həm də demokratlar Obama administrasiyasından Krımın anneksiyası və Ukraynada davam edən münaqişə vəziyyətində daha sərt addımlar atmağa çağırıblar.

Konqresmenlər hesab edirlər ki, münaqişə daha miqyaslı xarakter alıb və artıq Rusiyanın təkcə Ukraynanın suverenliyinə xələl gətirməsinə aid deyil: “Bu, beynəlxalq hüquq normalarının qaba şəkildə pozulması, Qərbə meydan oxumaq və II Dünya Savaşından sonra böyük qiymət bahasına əldə edilmiş dünya düzəninə sui-qəsddir”.