XƏBƏR LENTİ

05 Avqust 2020

Digər Xəbərlər

08 İyul 2020 - 18:05

“İran vurulan təyyarə ilə bağlı rəsmi Kiyevlə danışıqlar aparmayacaq” –Açıqlama

İran hökuməti bu ilin yanvar ayında Tehran yaxınlığında vurulmuş Ukrayna sərnişin təyyarəsilə bağlı təzminat barədə danışıqlar aparmaq haqqında Ukrayna tərəfinin təklifini qəbul etməyib.

BBC-nin Ukrayna xidməti xəbər verir ki, bu barədə həmin ölkənin xarici işlər nazirinin müavini Yevhen Yenin bildirib:

“Tehrandan aldığımız məlumata görə, İran tərəfi danışıqlar aparmaqla bağlı Kiyevin təkliflərini qəbul etməyə hazır deyil”.

Ukrayna rəsmisi hələlik məsələni BMT-nin beynəlxalq məhkəməsinə çıxarmağı düşünmədiklərini, hər şeyin İran tərəfinin iradəsindən asılı olduğunu dilə gətirib.

Xatırladaq ki, bu ilin 8 yanvar tarixində “Ukrayna Beynəlxalq Hava Yolları” şirkətinə məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanından qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Bir qədər sonra İran hökuməti təyyarənin İslam İnqilabı Keçikçiləri Korpusu tərəfindən səhvən vurulduğunu açıqlayıb/Report.