XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

15 Mart 2016 - 17:23

“Hizbullah” da silahlılarınıSuriya ərazisindən çıxarmağa başladı...

suriyaa

Livan "Hizbullah"ının yüzlərlə silahlısı Suriya ərazisindən çıxmağa başlayıb.

Bu haqda Livandan olan jurnalist, "Cenubiye" saytının qurucusu Əli əl-Emin "Anadolu" agentliyinə müsahibəsində bildirib.

""Hizbullah"a yaxın bir çox fərqli mənbələrdən öyrəndiyimə görə, qruplaşma Suriyadan yüzlərlə silahlısını geri çəkir. Suriyadan qayıdan silahlılar 3 gündür Livandakı evlərinə gedir", – jurnalist vurğulayıb.

Onun sözlərinə görə, adıçəkilən terrorçu qruplaşma silahlılarını Suriyanın Hələb kimi bölgəsindən çıxarsa da, Dəməşq və Livanla sərhəddə yerləşən Kalamun və Zebedani rayonlarından çıxarmayacaq: ""Hizbullah" Suriyadan tamamilə çəkilməyəcəyini rəsmi olaraq açıqlamayacaq".

Report