Fələstin rəhbəri Mahmud Abbas Rusiya Prezidenti Vladimir Putinlə söhbətində Fələstin rəhbərliyinin beynəlxalq vasitəçilərin – “dördlüyün” himayəsi altında İsrail ilə yenidən danışıqlara başlamağa hazır olduğunu bildirib.
Bu barədə “VAFA” Fələstin xəbər agentliyi məlumat yayıb.
Qeyd edək ki, Kremlin mətbuat xidməti daha əvvəl Rusiya liderinin İsrail-Fələstin münaqişəsinin ədalətli həllini dəstəklədiyini bildirib/APA.