Ermənistanda son sutka ərzində koronavirusa yoluxma hallarının sayı daha 526 nəfər artaraq 30346-ya çatıb.
Bu barədə ölkənin Milli Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzindən bildirilib.
Eyni zamanda, son bir gündə Ermənistanda 14 nəfər virusdan ölüb. Bununla da ölkədə COVID-19 qurbanlarının sayı 535-ə yüksəlib.
Qeyd olunub ki, virusa yoluxan 18 000 pasiyent sağalıb. Hazırda 11 641 nəfər infeksiyadan müalicə olunur/Report.