XƏBƏR LENTİ

05 Avqust 2020

Digər Xəbərlər

09 İyul 2020 - 15:13

Dmitri Medvedev:"Prezidentlik ən çətin işdir"

Rusiyanın sabiq Prezidenti və Baş Naziri, hazırda Təhlükəsizlik Şurası sədrinin müavini olan Dmitri Medvedev prezident olmaq istəyənlərə məsləhət verib.

Medvedyev deyib ki, bütün vəzifələrdə, xüsusən də prezident vəzifəsində əsas başlıca məsələ ciddi işləmək, ölçülü qərar qəbul etmək və öz səlahiyyətlərinə məsuliyyətli yanaşmaqdır.

“Mənə elə gəlir ki, bu, hər bir insan üçün başlıca keyfiyyətdir. İş qabiliyyəti və iradə həm dövlət vəzifəsində, həm də hər hansı digər fəaliyyətlərdə uğur əldə etmək üçündür”, – D. Medvedev “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində bildirib.

“Dövlət başçısı, baş nazir olmaq çətindir, yoxsa Təhlükəsizlik Şurasının sədr müavini olmaq?” sualına isə D. Medvedev belə cavab verib: “Prezident bütün ölkəyə cavabdeh şəxsdir. Bu mənada prezidentlik ən çətin işdir. Hökumətin sədri – onun da böyük həcmdə işləri var. Həm Prezident, həm də hökumət başçısı olduğum üçün ağır gündəlik işlərin həcmindən danışarkən deyə bilərəm ki, Baş Nazirin işi daha çoxdur. Təhlükəsizlik Şurası sədrinin müavini isə, bu bir az fərqli işdir. Mən hələ bununla az vaxtdır məşğulam. Bu işin də öz çağırışları və çətinlikləri var”.

APA