XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

10 İyul 2020 - 10:12

UEFA Çempionlar Liqası: 2019/2020 mövsümünün son püşkü atılır

Bu gün UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün sonuncu püşkatması keçiriləcək.

İsveçrənin Nyon şəhərində təşkil olunacaq və Bakı vaxtı ilə saat 14:00-da start götürəcək mərasimdə 1/4 final və yarımfinal mərhələlərində üz-üzə gələcək cütlüklər müəyyənləşəcək.

Püşkatmada eyni ölkə təmsilçiləri bir-birilərinə rəqib ola biləcəklər.

1/4 final mərhələsinin 4 iştirakçısı artıq məlumdur: “Atalanta” (İtaliya), “Atletiko” (Madrid, İspaniya), “Leyptsiq” (Almaniya) və PSJ (Fransa).

Növbəti 4 kollektiv isə 7-8 avqust tarixlərindəki cavab matçlarından sonra bilinəcək. Qarşılaşmalar ev sahibi komandaların meydanlarında oynanılacaq.

“Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə)

İlk oyun – 3:0

“Barselona” (İspaniya) – “Napoli” (İtaliya)

İlk oyun – 1:1

“Mançester Siti” (İngiltərə) – “Real Madrid” (İspaniya)

İlk oyun – 2:1

“Yuventus” (İtaliya) – “Lion” (Fransa)

İlk oyun – 0:1

1/4 finaldan isə oyunlar Portuqaliyanın paytaxtı Lissabonda “8-lər finalı” formatında keçiriləcək və 1 matçdan ibarət olacaq.

12-15 avqust

1/4 final

18-19 avqust

Yarımfinal

23 avqust

Final

(report)