Ukraynada son sutkada daha 819 nəfər koronavirusa yoluxub.
Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Aparatının koronavirusun yayılmasına dair monitorinq sistemi məlumat yayıb.
Ölkədə COVID-19-a yoluxanların sayı 52 043 nəfərə çatıb.
Son sutkada 18 nəfər virusun qurbanı olub. Bununla da ölənlərin sayı 1 345 nəfərə yüksəlib.
Koronavirusa yoluxan 24 800-dən çox pasiyent sağalıb. (report)