XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

10 İyul 2020 - 14:49

Günə 65 min yoluxma –ABŞ koronavirus rekordunu yenilədi

Birləşmiş Ştatlar koronavirusla mübarizədə daha bir çətin və problemli dövr yaşayır, gündəlik yoluxmalarda yeni rekord qeydə alınıb, bir gündə ölənlərin sayı isə mini keçib.

Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Antoni Fauci deyib ki, yoluxma və ölüm hallarında artım bir çox ştatların yoluxmaların azalmasını gözləmədən biznesləri açması, evdə qalmaq göstərişlərini yüngülləşdirməsindən sonraya təsadüf edir.

“Çox çətin və problemli dövr yaşayırıq”, – Fauci “The Hill” media orqanının təşkil etdiyi telekonfransda deyib və bir çox ştatların orta göstəriciləri aşdığını vurğulayıb.

Hazırda 50 ştatın 41-də yoluxmalar sürətlə artmaqdadır. Əhali sayı yüksək Kaliforniya, Texas və Florida ən çox ziyan görənlər sırasındadır. Artıq xəstəxanalar dolub və bir çox ştatlar təkrar açılım qərarlarını geri götürürlər. Fauci deyib ki, yoluxmaların güclü olduğu ştatlar açılım prosesini davam etdirməməlidirlər. Ancaq o, tam karantinə də çağırmayıb.

İyulun 9-da Birləşmiş Ştatlarda bir günə rekord göstərici – 65 min yoluxma qeydə alınıb. İndiyədək ölkədə 3,1 milyon yoluxma təsdiqlənib, 133 mindən çox xəstə dünyasını dəyişib.

Prezident Donald Tramp bir daha qeyd edib ki, yoluxmaların artması testlərin genişləndirilməsi ilə bağlıdır. Prezident tvitində yazıb ki, digər ölkələrlə müqayisədə indi ABŞ-da daha böyük və daha yaxşı testlər gerçəkləşdirilir. (azadliq.org)