XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 July 2020 - 15:08

BMT dünyada əhalinin yoxsulluğunu proqnoz edib –1998-ci il səviyyəsində

Birləşmiş Millətlər Təşkilatı (BMT) hesab edir ki, tam yoxsulluq içərisində yaşayan insanların sayı 71 milyon nəfərə çata bilər. Bu halda kasıblığın dünya səviyyəsi 1998-ci il göstəricisi ilə bərabərləşəcək.

Hesabatda koronavirusun 2030-cu ildə dayanıqlı inkişaf məqsədlərinə çatmaq məsələsinə təsiri barədə xəbər verilir ki, 1,6 milyard işçi artıq gəlirlərinin 6 faiz azalması ilə qarşılaşıb.

«Gəlirin azalması, sosial müdafiənin çatışmazlığı və qiymətlərin qalxması onu göstərir ki, hətta əvvəllər iqtisadi vəziyyəti dayanıqlı olan insanları da yoxsulluq təhdid edir» – BMT xəbərdarlıq edir. (azpolitika.info)