XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

10 İyul 2020 - 16:21

ABŞ-da koronavirus:son sutkada 63 247 nəfər yoluxub

ABŞ-da son sutka ərzində 63 247 yeni koronavirusa yoluxma halı qeydə alınıb. Bu, gündəlik artım sayları arasında rekord göstəricidir.

Bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Qeyd olunub ki, son gündə 990 COVID-19 xəstəsi ölüb.

Bununla ölkədə virusa yoluxanların ümumi sayı 3 118 168 nəfərə çatıb. 133 mindən çox insan COVID-19-un qurbanı olub, 969 mindən çox yoluxmuş şəxs sağalıb. (report)