XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

11 İyul 2020 - 18:54

Çin 23 xarici şirkətdən ət idxalını dayandırıb- COVID-19-la əlaqədar

Çin COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində 23 xarici ət istehsalı şirkətindən idxalı dayandırıb.

Azərtac xəbər verir ki, bu barədə Çinin Baş Gömrük Administrasiyası məlumat yayıb. Administrasiya bu qərarını bəzi ölkələrdə ət və dəniz məhsulları kombinatlarında virus ocaqları aşkarlanması ilə əlaqələndirib.

Ət idxalı dayandırılan şirkətlər arasında Almaniyanın “Tonnies”, ABŞ-ın “Tyson”, Braziliyanın “Agra” və Böyük Britaniyanın “Tulip” kimi tanınmış şirkətləri də var.

Qeyd edək ki, iyunun əvvəlində Pekindəki meyvə-tərəvəz və ət topdansatış bazarı olan “Sinfadi”də COVID-19-un yeni ocağı aşkarlandıqdan sonra səhiyyə qurumlarının işçiləri xaricdən gələn qızıl balığın satıldığı mağazada virus aşkarlayıblar. Virusun Pekinə xaricdən gəlməsini, habelə onun ərzaq məhsulları vasitəsilə yayıla biləcəyini təsdiqləyən sübut olmasa da, bəzi ekspertlər infeksiyanın xaricdən idxal edilən ət məhsulları vasitəsi ilə gəldiyini düşünürlər.