XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 July 2020 - 23:00

Britaniyada bir gündə 148 nəfər koronavirusun qurbanına çevrilib

Son sutkada Böyük Britaniyada 148 nəfər yeni növ koronavirusdan (COVID-19) ölüb.

APA bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 44 798 nəfərə çatıb. Son gündə daha 820 nəfərdə virus aşkarlanıb. İndiyə kimi ölkədə 286 953 koronavirusa yoluxma halı qeydə alınıb.