XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

12 İyul 2020 - 09:11

ABŞ-da pandemiya:sutka ərzində 71 mindən çox insanda koronavirus aşkar olunub

ABŞ-da son bir gündə qeydə alınan koronavirus infeksiyasına yoluxma hallarının sayı 71 mini ötüb.

Bu barədə “Bloomberg” agentliyi Cons Hopkins Universitetinə istinadən məlumat yayıb.

Məlumata görə, son sutka ərzində ABŞ-da 71 389 nəfərdə koronavirus aşkar edilib. Bununla da virusa yoluxmuşların sayında artım əvvəlki günlə müqayisədə 2,3% olub. Son bir həftə ərzində bu göstərici üzrə məlumatlar orta hesabla 1,9% təşkil edib.

Cons Hopkins Universitetinin məlumatına görə, Birləşmiş Ştatlar koronavirus infeksiyasına yoluxma (3,22 milyondan çox) və ölüm (134 mindən çox) hallarının sayına görə dünyada liderdir.