XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 July 2020 - 11:03

Almaniyada son sutkada koronavirusdan 1 nəfər ölüb –Robert Kox İnstitutu

Almaniyada koronavirusdan ölənlərin sayında kəskin azalma müşahidə edilir.

Bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.

Məlumata görə, son 24 saatda yalnız 1 nəfər virusun qurbanı olub. Eyni dövr ərzində 159 nəfərdə koronavirus aşkarlanıb.

Beləliklə, Qərbi Avropa ölkəsində indiyədək 198 963 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 9 064 nəfər ölüb, 185 mindən çox pasiyent isə sağalıb. (report)