XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

16 Mart 2016 - 10:51

Pakistanda məmurların avtobusunu partlatdılar

pakistan-terror

Bu gün  səhər saatlarında Pakistanın şimal-qərbində hökumət qulluqçularını daşıyan avtobusun partladılması nəticəsində 15 nəfər həlak olub.

Polisin yaydığı məlumata görə, Mardan şəhərindən Peşəvərə gedən avtobusda daha 25 nəfər ciddi xəsarət alıb.

Məlumata görə, partlayıcı qurğu 40-50 nəfərin olduğu avtobusun arxa tərəfinə yerləşdirilib.

Partlayışa görə məsuliyyəti hələ ki heç bir terrorçu qruplaşma öz üzərinə götürməyib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad