XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 İyul 2020 - 14:39

Rusiyada koronavirus: son sutkada 6537 nəfər yoluxub

Rusiyada son sutka ərzində daha 6537 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 733 699 nəfərə çatıb.

Son sutka ərzində 104 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 11 439 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 504 021 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir. (apa)