XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

13 İyul 2020 - 15:27

Dünya milyarderlərinin reytinqi açıqlanıb –TOP-10

“Bloomberg” agentliyi dünya milyarderlərinin reytinqini (“Bloomberg Billionaires Index”) tərtib edib.

Siyahının ilk pilləsində sərvəti 189 mlrd. ABŞ dolları olan “Amazon” şirkətinin təsisçisi və rəhbəri Jeff Bezos qərarlaşıb. Son bir ildə onun sərvəti 74,5 mlrd. dollar artıb.

Ümumiyyətlə, siyahıda 500 milyarder yer alıb. Onlardan 24-ü Rusiya vətəndaşıdır. “Lukoil”in rəhbəri, əslən azərbaycanlı olan Vahid Ələkbərov 17,8 mlrd. dollarla reytinqin 69-cu pilləsində yer alıb. Son bir ildə həmyerlimizin sərvəti 4,51 mlrd. dollar azalıb.

Dünya milyarderlərinin reytinqi:

#

Adı

Sərvəti, mlrd. dollar

İllik dinamika, mlrd. dollar

1

Jeff Bezos

189

74,5

2

Bill Gates

116

2,41

3

Mark Zuckerberg

93,0

14,6

4

Bernard Arnault

92,6

-12,6

5

Steve Ballmer

76,8

18,6

6

Larry Page

72,7

8,11

7

Elon R Musk

70,5

43,0

8

Sergey Brin

70,4

7,73

9

Mukesh Ambani

70,2

11,6

10

Warren Buffett

69,2

-20,1

(apa)