XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

13 İyul 2020 - 20:17

Polşada seçkinin nəticəsi açıqlanıb –Hazırkı prezident Andrej Duda qalib gəlib

Polşanın hazırkı prezidenti Andrej Duda seçkilərdə qalib gəldi. Bazar günü keçirilən seçkilərdə Duda 51,2 faiz səs toplayıb.

Dudanın qələbəsi bazar ertəsi səhər tezdən elan edilib.

Sağçı Duda və lideral Varşava meri rafal Trzaskovskinin hər ikisi səsələrin 50 faizinə qədərini əldə edib. Lakin Duda cüzi fərqlə qələbə qazanıb.

Prezident isə qələbəsini bazar günü gecə Pultuskdakı mitinqdə elan edib. “Mənə səs verən bütün polşalılara təşəkkür edirəm. Sizə ürəkdən təşəkkür edirəm” – deyə, o bildirib.

Dudanın millətçi Qanun və Ədalət Partiyası parlamentidəki çoxluğunu saxlamağa və Avropa İttifaqının bir sıra ölkələrinin anti-demokratik kimi tənqid etdiyi mühafizəkar sosial, ədliyyə və mühacirət siyasətini həyata keçirməyə davam edə biləcəyinə ümid edir.

Buraya Dudanın məktəblərdə homoseksual hüquqlarının tədrisini qadağan etməsinə dair vədi də daxildir. O, homoseksuallığın kommunizmdən pis olduğunu deyib.

Vətəndaş Platforması Partiyasından olan Trzaskovski hakim partiyanın populyar rifah proqramlarını qoruyacağına dair vədlər versə də, konstitusiyaya zidd olan qanunvericiliklərə qadağa qoyacağını demişdi. O, Avropa Birliyi ilə də münasibətləri bərpa etmək istəyirdi. (amerikaninsesi.org)