XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

13 İyul 2020 - 20:48

“ABŞ-ın dövlət borcunun artması dollar və inkişafda olan bazarların valyutalarına risk yarada bilər” –Kudrin

“ABŞ-ın dövlət borcunun artması dollar və inkişaf etməkdə olan bazarların valyutaları üçün risk təhlükəsi yarada bilər”.

Bunu Rusiyanın Hesablama Palatasının rəhbəri Aleksey Kudrin deyib.

“Təkcə ilin əvvəlindən ABŞ-ın dövlət borcu ÜDM-in 108%-dən 123%-nə qədər artıb. ABŞ üçün bu, kritik deyil, lakin tendensiya əhəmiyyətli dərəcədə dəyişməzsə, dollar və dünya bazarı üçün təhlükə yarana bilər”, – deyə A. Kudrin bildirib.

O əlavə edib ki, inkişaf etmiş ölkələrin təminat səviyyəsini və bazar sabitliyini nəzərə alaraq, onlar bu borcları cəsarətlə cəlb edib: “Lakin bir daha deyirəm, əgər bu tendensiya davam edərsə, inkişaf etməkdə olan bazarlar da risklərə məruz qalacaq, çünki biz onlarla çox bağlıyıq”.

Kudrin onu da bildirib ki, 2020-ci ilin əvvəlində ümumi dünya borcu qlobal ÜDM-in 322%-nə çatıb. Sözügedən borcun həcmi 2008-2009-cu illərdən bəri 40% artıb.

Xatırladaq ki, cari ilin iyunun əvvəlinə ABŞ-ın dövlət borcu rekord həddə çataraq 26,003 trln. dolları ötüb. (apa)