XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

14 İyul 2020 - 19:07

Kabildə partlayış oldu:5 nəfər ölüb, 11 nəfər yaralanıb

Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində uşaqlar və qadınlar daxil olmaqla 5 nəfər ölüb, 11 nəfər yaralanıb.

“Report” “Tolo News” telekanalına istinadən xəbər verir ki, bunu yerli hakimiyyət nümayəndəsi bildirib.

Hadisə iyulun 14-də səhər saatlarında baş verib. Surobi rayonunun Ceqdalaq kəndində avtomobil mina düzülən yoldan keçərkən partlayış olub.

Partlayışın məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.