XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 July 2020 - 17:01

CIA-ya işləmiş iranlı edam olunub –Keçən həftə

İran ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) məlumat satan Müdafiə Nazirliyinin keçmiş işçisini edam edib.

Strateq.az “Mizan”-a istinadla xəbər verir ki, bunu məhkəmə hakimiyyətinin sözçüsü Qulamhüseyn İsmaili bildirib.

Onun sözlərinə görə, təqsirləndirilən şəxs – Rza Əsgəri Müdafiə Nazirliyində çalışdığı son illərdə CIA ilə əlaqə qurub və məxfi agentliyə İranın raket proqramı ilə əlaqəli məlumatları ötürüb.

Əsgəri 4 il əvvəl təqaüdə çıxıb.

İsmaili bildirib ki, Rza Əsgəri keçən həftə edam olunub.

ABŞ və İsrail kəşfiyyatlarının nəfinə casusluq etməkdə günahlandırılan Mahmud Musəvi-Məcd də edam hökmünün icra edilməsini gözləyən şəxslər sırasındadır.

Keçən il İran CIA-ya işləyən 17 casusu ifşa etdiyini açıqlayıb.