XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

16 Mart 2016 - 12:45

“Financial Times”:“Rusiyanın Suriyada “ildırım sürətli müharibə” planı baş tutmadı”

 

suriya ordu

 

Qərb kəşfiyyatı Rusiyanın Suriyada “blitskriq” (ildırım sürətli müharibə) planının baş tutmadığını bildirib. 

Bu barədə “Financial Times” qəzetinə Avropa xüsusi xidmət orqanlarındakı mənbə bildirib. Adının çəkilməsini istəməyən mənbə deyib ki, Rusiyanın ilkin planı sürətli hərbi kampaniya keçirərək Əsədin itirilmiş əraziləri qaytarmasına yardımçı olmaqdan ibarət idi. (APA)

Plan belə olub ki, sürətli hərbi kampaniya ilə bir neçə ay ərzində Əsəd qüvvələrinin Türkiyə sərhədinə qədər olan əraziləri ələ keçirməsinə, Hələb üzərində nəzarəti tam bərpa etməsinə kömək edilsin. Eyni zamanda, mötədil müxalifətin o həddə qədər zəiflədilməsi nəzərdə tutulubmuş ki, ABŞ onlara dəstəkdən imtina etmək və İŞİD-ə qarşı mübarizədə Rusiya ilə bərabər iştirak etmək məcburiyyətində qalsın.

Lakin müxaliflərin gözləniləndən daha güclü müqavimət göstərməsi, Türkiyə ilə qarşıdurmanın yaranması, İranın hərbi təsirinin güclənməsi və neftin qiymətlərinin uzun müddət 40 dollar civarında qalacağının bəlli olması Rusiyanın bu hərbi ekspedisiyada imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.

 Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin martın 14-də Suriyadakı əsas qüvvələrin çıxarılması barədə əmr verib.