Gürcüstanın hakim Gürcü Arzusu Partiyası oktyabrın 31-də keçiriləcək parlament seçkilərinə hazırlıqlara start verib.
Məlumata görə, siyasi təşkilat seçki qərargahı yaradıb.
Partiyanın icraçı katibi İrakli Kobaxidze qərargahın rəhbəri təyin olunub.
Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin iştirakı ilə bu gün seçki qərargahının iclası keçirilib. Toplantıda seçkiqabağı təşviqat və seçkilərlə bağlı digər məsələlər müzakirə olunub/Report.