XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 July 2020 - 23:10

Mahmud Vaezi:“Azərbaycanın ərazi bütövlüyü regional strategiyamızdır”

“Ölkələrin, o cümlədən də Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması İranın regional strategiyası olub və olacaqdır”.

Strateq.az “Xəbəronlayna”-a istinadla xəbər verir ki, bunu İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi öz “Instagram” səhifəsində yazıb.

İran Prezident Aparatının rəhbəri dünən gecə Azərbaycan Respublikası Baş nazirinin müavini ilə söhbətinə dair qeydində bildirib: “Dünən Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə telefon danışığında bir neçə əsgərin öldürülməsinə görə təəssüf və həmdərdliyimi bildirdim. Azərbaycan Respublikası ilə Ermənistanın sərhədindəki münaqişə ilə bağlı vurğulamışam: ölkələrin, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması İran İslam Respublikasının regional strategiyası olub və olacaqdır”.

Daha sonra İran Prezident Aparatının rəhbəri yazıb: “İran həmişə məsələlərin və mübahisələrin siyasi həllər və danışıqlar yolu ilə nizamlanmasını vurğulayır. Ümid edirik ki, problem eyni şəkildə həll ediləcək”.