XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

15 İyul 2020 - 11:34

ABŞ-ın neft ehtiyatları yenidən azalıb –PROQNOZ

Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə (6-10 iyul) yenidən azalıb.

API-nin proqnozlarına əsasən, ötən həftə ABŞ-ın neft ehtiyatları 8,32 mln. barel azalaraq 530,57 mln. barel təşkil edib.

Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 2,1 mln. barel azalacağı gözlənilirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir. (apa)