XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

16 Mart 2016 - 13:52

BMT baş katibinin çıxışı Mərakeşdə ciddi etirazlara səbəb oldu:Şeyxlər, qəbilə başçıları ayağa qalxdı

merakes

 

Mərakeşin cənubundakı Ləəyyun şəhərində 180 min insanın iştirakı ilə mitinq-yürüş keçirilib.

Saxaranın şeyxləri, qəbilə başçıları, siyasətçilər, QHT-lərin təşkilatçılığı ilə keçirilən mitinqdə BMT-nin baş katibi Pan Gi Munun son çıxışı zamanı Saxara ilə bağlı söylədiyi fikirlərə etiraz bildirilib. Mitinq iştirakçıları Mərakeşin Saxara üzərində suverenliyinin tərəfdarı olduqlarını bildiriblər.

Xatırladaq ki, martın 5-də BMT-nin baş katibi Pan Gi Mun Tindufa düşərgəsinə səfəri zamanı Mərakeşin Saxara üzərindəki hakimiyyətini “işğal” adlandırıb və bu da Mərakeşdə ciddi etirazlara səbəb olub.