XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

15 İyul 2020 - 20:50

ABŞ Fransa məhsullarına yeni gömrük vergisi tətbiq edəcəyini bildirib

ABŞ Ticarət Nümayəndəliyi İdarəsinin yaydığı rəsmi açıqlamada Amerikanın bəzi texnologiya şirkətlərinə tətbiq olunan rəqəmsal xidmət vergisinin qarşılığı olaraq 3 milyard dollar dəyərində Fransa mallarına 25 faizlik gömrük vergisi tətbiq olunacağı bildirilib.

Azərtac xarici saytlara istinadla xəbər verir ki, sözügedən açıqlamada Fransanın həyata keçirdiyi rəqəmsal xidmət vergisinin “ayrı-seçkilik yaradan” bir hərəkət olduğu və ABŞ ticarətini məhdudlaşdırdığı vurğulanıb.

Buna qarşılıq olaraq təxminən 1,3 milyard dollarlıq Fransa məhsuluna 25 faizlik gömrük vergisinin tətbiqi barədə qərar verildiyi qeyd olunan sənəddə yeni gömrük vergisi tarifinin 2021-ci il yanvarın 6-dan qüvvəyə minəcəyi bildirilib. Açıqlamada kosmetika və əl çantaları kimi malların da yeni vergiyə aid ediləcəyi göstərilib.

Qeyd olunub ki, Fransanın qoyduğu rəqəmsal xidmət vergisi ABŞ-ın “Google”, “Facebook”, “Apple” və “Amazon” kimi transmilli texnologiya firmalarını da əhatə edir.