XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 July 2020 - 22:40

Türkiyə və Rusiya aviasiya əlaqəsini bərpa etmək barədə razılığa gəlib- Açıqlama

Ankara və Moskva koronavirus infeksiyasının yayılması ilə mübarizə çərçivəsində dayandırılan aviasiya əlaqəsini bərpa etmək barədə razılığa gəlib.

Anadolu informasiya agentliyi uçuşların iyulun 15-də başlayacağı barədə məlumat yaysa da, Türkiyə Nəqliyyat Nazirliyi reyslərin dəqiq bərpa tarixini açıqlamayıb.

“Təyyarələrin nə vaxt uçacağı məlum deyil. Bu barədə aviasiya daşıyıcıları öz aralarında razılaşır”, – deyə nazirlikdən bildiriblər.

“Turkish Airlines” aviakompaniyası isə öz növbəsində iyulun 15-də ölkələr arasında aviasiya reyslərinin nəzərdə tutulmadığını qeyd edib. Aviakompaniyanın məlumatına görə, onlar nazirliyin qərarını gözləyirlər, uçuşlar təqvim və reyslərin sayı müəyyən olunduqdan sonra başlayacaq(azərtac).