XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

16 Mart 2016 - 14:47

İran Təhlükəsizlik Şurası:“Rusiyanın Suriyadan çıxması gözlənilməz deyil, öncədən təyin olunmuş proqram əsasında baş verir”

samxani

 

Rusiyanın öz qoşunlarını Suriyadan geri çəkməsi gözlənilməz və qəfil bir hərəkət olmayıb. Bu öncədən təyin olunmuş proqram əsasında və koordinasiya edilmiş şəkildə həyata keçirilir”.

Strateq.az İRİB-ə istinadən bildirir ki, bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani bildirib. O, terrorizm ilə mübarizənin dayandırılmadığını və mübarizənin davam etdiyini bildirib: “Suriya ordusunun terrorçuların nəzarəti altında olan ərazilərə doğru irəliləməsi İran və Rusiyanın hərbi məsləhətçilərinin iştirakı ilə davam edir”.

Şamxaninin sözlərinə görə, Suriyanın gələcəyi bu ölkə xalqının əli ilə təyin edilə bilər. Bu məsələni nəzərə almayan istənilən layihə keçmişdə olduğu kimi məğlubiyyətə məhkumdur.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibibildirib ki,  Suriyanın zəiflədilməsi ilk növbədə İsrailin təhlükəsizliyinin təmin edilməsinə hesablanmış plandır.