İsraildə son sutkada koronavirusa daha 1 901 yoluxma faktı qeydə alınıb.
Məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.
Ölkədə virusa yoluxanların ümumi sayı isə 44 714 nəfərə çatıb. İsraildə son 24 saatda 5 nəfər COVID-19-dan ölüb və qurbanların sayı 380-ə yüksəlib.
Koronavirusa yoluxan 20 100 pasiyent sağalıb, 24 234 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir/Report.