XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

17 İyul 2020 - 00:30

Hindistanda COVID-19-a yoluxanların sayı bir milyonu ötüb

Hindistanda gün ərzində COVID-19 infeksiyasına rekord sayda – 32 min 538 yoluxma qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı bir milyonu ötüb. Hindistan yeni növ koronavirusa yoluxma sayı bir milyonu ötən üçüncü ölkədir. Bundan əvvəl ABŞ və Braziliyada yolxuma sayı milyon nəfəri ötmüşdü.

AZƏRTAC pandemiyanın statistikasını aparan “Worldometers” saytına istinadla xəbər verir ki, gün ərzində Hindistanda COVID-19 səbəbindən 666 ölüm halı baş verib. İndiyədək Hindistanda 25 min 595 nəfər bu virusdan ölüb. Virusa yoluxanların 60 faizinin sağaldığı bildirilir.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə, ABŞ və Braziliyadan sonra üçüncü sıradadır. Ən çox yoluxma halları Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.