XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

17 İyul 2020 - 09:11

COVID-19-a yoluxanların sayı 13,3 milyonu ötüb –ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutkada 226 min nəfərdən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilir.

Qeyd edilir ki, bununla da COVID-19-a yoluxanların sayı 13,3 milyonu ötüb.

Məlumata görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 13 378 853 nəfərə çatıb. Son sutkada daha 5 579 nəfər pandemiyanın qurbanı olub. Bununla da dünyada koronavirusdan ölənlərin ümumi sayı 580 045 nəfərə yüksəlib.

Təhlükəli virusa ən çox yoluxma Şimali və Cənubi Amerika ölkələrində qeydə alınıb. Bu qitədə COVID-19-a 7 016 851 yoluxma aşkarlanıb. (report)