XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

17 İyul 2020 - 10:45

Koronavirusa yoluxan Gürcüstan sülhməramlılarının sayı 38-ə çatıb – Əfqanıstanda

NATO-nun “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Əfqanıstanda hərbi xidmətdə olan daha 10 Gürcüstan hərbçisi koronavirusa yoluxub.

Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, COVID-19 diaqnozu qoyulan sülhməramlılar Almaniyaya məxsus hərbi təyyarə ilə Gürcüstana gətiriliblər.

Qeyd edək ki, daha əvvəl Əfqanıstanda 28 Gürcüstan sülhməramlısı koronavirusa yoluxub, onlar hazırda Qori hərbi xəstəxanasında müalicə olunurlar. Bütün hərbçilərin sağlamlıq vəziyyətlərinin qənaətbəxş olduğu bildirilib. (apa)