XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

17 İyul 2020 - 12:32

Rusiyada koronavirus:ölənlərin sayı 12 mini ötüb

Rusiyada son sutka ərzində daha 6406 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 759 203 nəfərə çatıb.

Son sutka ərzində 186 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 12 123 nəfərə çatıb. Xəstəlikdən sağalanların sayı 539 373 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir. (apa)