XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

17 İyul 2020 - 19:16

Tokio olimpiadasının proqramı və məkanları təsdiqləndi

Beynəlxalq Olimpiya Komitəsi (IOC) koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan Tokio Yay Olimpiya Oyunlarının proqramını və məkanlarını təsdiqləyib. 

Qurumun rəsmi “Twitter” səhifəsi xəbər verir ki, yarışın proqramı 2020-ci il versiyasına əsasən təsdiqlənib.

Tokio-2020 Yay Olimpiya Oyunları planlaşdırıldığı kimi 2021-ci il 23 iyul – 8 avqustda gerçəkləşəcək. Qərarlar IOC-un bu gün baş tutan 136-cı Sessiyasında qəbul edilib.

Qeyd edək ki, Tokio olimpiadası martın sonunda növbəti ilə təxirə salınıb. (report)