XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2020 - 20:23

İranda COVID-19:yoluxanların sayı 269 440 nəfərə çatıb

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 183 nəfər vəfat edib.

Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 13 791 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 379 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 269 440 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 232 873 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 509 nəfərin vəziyyəti ağır və ya orta ağırdır. (apa)