XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2020 - 23:12

İsraildə koronavirus:bir gündə 1929 nəfər yoluxub, 8 nəfər ölüb

İsraildə son sutka ərzində yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 1929 nəfər artaraq ümumilikdə 47 459-a çatıb. Həmçinin eyni diaqnozdan 8 nəfər ölüb, ölənlərin ümumi sayı 392 olub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hazırda İsraildə 26 323 koronaviruslu xəstə var, onlardan 208 nəfəri ağır vəziyyətdədir, daha 56 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Bununla yanaşı, 20 744 nəfər müalicə olunaraq sağalıb. (apa)