XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 İyul 2020 - 00:12

Britaniyada COVID-19:yoluxanların sayı 292 minə çatıb

Böyük Britaniyada son sutka ərzində koronavirusdan 114 nəfər dünyasını dəyişib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edib ki, bir gün əvvəl bu göstərici 66 nəfər təşkil edib. İyulun 15-də isə 87 nəfər pandemiyanın qurbanı olub.

Məlumata görə, pandemiya ərzində Birləşmiş Krallıqda təhlükəli virusdan 45 mindən çox insan ölüb.

Bu günə kimi Britaniyada COVID-19-a 292 min insan yoluxub.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. (report)