XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

18 İyul 2020 - 10:55

Gürcüstanda koronavirus:yoluxanların sayı 1 018 nəfərə çatıb

Gürcüstanda yeni növ koronavirusa daha (COVID-19) 8 yoluxma halı qeydə alınıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 018 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə 5 627 nəfər karantində saxlanılır, 228 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 895 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.