XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

18 İyul 2020 - 20:55

G20-nin maliyyə nazirləri dövlətlərin borcuna görə görüşəcək

G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərləri istirahət günü görüşəcək.

“Report”un məlumatına görə, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş deyib. Onun sözlərinə görə, bu görüş borc böhranı ilə bağlı vəziyyəti dəyişməyə imkan verəcək.

Baş katibin fikrincə, mövcud vəziyyətdə yalnız aşağı gəlirli ölkələr üçün deyil, həm də orta gəlirli və inkişaf etməkdə olan ölkələr üçün borcun ödənilməsini dayandırmaq lazımdır.

“Əminəm ki, bu problem həll olunmasa, dünya iqtisadiyyatı üçün ciddi və dağıdıcı ola bilər”- deyə, Baş katib əlavə edib.